Yuxarı

İcra başçısının sürücüsü qəzada öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısının sürücüsü qəzada öldü

00:54

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saat 23 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" və VAZ 21099 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ 21099 markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Qəza zamanı daha bir nəfər - Muxax kənd sakini, 21 yaşlı Ubadulla Əli oğlu Əliyev xəsarət alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.08.10 / 01:45
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla