Yuxarı

Komandamızdan beynəlxalq müsabiqədə tarixi uğur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komandamızdan beynəlxalq müsabiqədə tarixi uğur

2025-ci ilin noyabr ayının 20-də İordaniyada müxtəlif dövlətlərin silahlı qüvvələr və təhlükəsizlik orqanları arasında kibertəhlükəsizlik və tətbiqi kriptoqrafiya sahəsində “ARMYTHON” beynəlxalq kibertəhlükəsizlik müsabiqəsi keçirilmişdir.

28 ölkədən 37 seçmə komandanın iştirak etdiyi “ARMYTHON” müsabiqəsi Avrasiya-Afrika regionunda ən nüfuzlu kibertəhlükəsizlik yarışması hesab olunur. Yarışma zamanı iştirakçılardan mürəkkəb kiberhücum və kibermüdafiə ssenariləri, həmçinin tətbiqi kriptoqrafiya üzrə müasir çağrışlara uyğun tapşırıqların həlli sahəsində yüksək bilik, təcrübə və peşəkarlıq tələb edilir.

Azərbaycan beynəlxalq “ARMYTHON” müsabiqəsində 2 komanda ilə təmsil olunmuş və həmin komandalar yüksək nəticə əldə etmişlər. Onlardan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin “Land of Fire” komandası beynəlxalq rəqiblər arasında xüsusilə fərqlənərək 2-ci yerə layiq görülmüş, Respublikamızın digər aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət “Iron Fist” yığma komandası isə 6-cı yerə yüksəlmişdir.

Bu nailiyyət ölkəmizin kibertəhlükəsizlik potensialının nə dərəcədə artdığını və milli kadrlarmızın qlobal səviyyədə rəqabət qabiliyyətini bir daha təsdiqləyir.

Tarix
2025.11.24 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

İnanıram ki, Zəngəzur dəhlizi... - Prezident

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Bakıda bununla bağlı forum keçirilir – İlk dəfə

Zəngəzurda erməni hərbçiləri azərbaycanlılar yoxlayır

Şuşada mühüm tədbir başladı

Zəngəzur dəhlizi region üçün faydalı olacaq - Papuaşvili

Azərbaycan COP-a sədrliyi bu ölkəyə verdi

Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi

Ramiz Mehdiyev Ermənistanla necə əlaqə saxlayırmış?

Rubionun “ruslar Trampa ötürüb” qalmaqalı: Xaos yarandı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla