Yuxarı

“Qəhrəmanlar bağı” layihəsi: Şəhidlərin xatirəsinə 543 ağac əkildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qəhrəmanlar bağı” layihəsi: Şəhidlərin xatirəsinə 543 ağac əkildi

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyata keçirir.

Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə eyni sayda ağaclar əkilir. Layihə, həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.

Budəfəki ağacəkmə aksiyası “PMD Group”-un dəstəyi ilə Mingəçevir və Şirvan şəhərlərində həyata keçirilib. Mingəçevirdə 384, Şirvanda 159 ədəd olmaqla ümumilikdə 543 şəhidin xatirəsinə eyni sayda həmişəyaşıl ağac əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin Kapital Bank-ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər. Aksiya yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutub.

Bununla da ölkə ərazisində “Qəhrəmanlar bağı”nın sayı 30-a çatıb. Layihənin ağacəkmə mövsümü zamanı davam etdirilməsi planlaşdırılır. Əkilən ağaclara qulluq olunması, suvarlanması kimi digər lazımi tədbirləri isə yerli İcra Hakimiyyəti orqanları və Qırmızı Ürəklər Fondu həyata keçirir.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

Tarix
2025.11.24 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda bununla bağlı forum keçirildi – İlk dəfə

Ceyhun Bayramov İran rəsmisini qəbul etdi

Azərbaycan Ukraynaya hansı “Su-22-ləri” verir? – Absurd iddia

Hacıyev bu sözləri ermənilərə çatdırmağımı istədi

Vardanyanla həbsdən əvvəl danışdım, dedi ki… - Qlumov

Bu ölkə Azərbaycanda səfirlik açır

İnanıram ki, Zəngəzur dəhlizi... - Prezident

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Zəngəzurda erməni hərbçiləri azərbaycanlılar yoxlayır

Şuşada mühüm tədbir başladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla