Yuxarı

Hava nə vaxta kimi mülayim keçəcək? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hava nə vaxta kimi mülayim keçəcək? - Açıqlama

Hazırda Bakıda, Abşeron yarımadasında və bölgələrdə sabit, mülayim hava şəraiti müşahidə olunur.

Axar.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Teleqraf-a açıqlamasında isti hava şəraitinin səbəbini açıqlayıb.

O bildirib ki, bu vəziyyət sinoptik şəraitdən asılı olaraq isti hava kütlələrinin cənubdan hərəkət etməsi və cənub-şərq küləklərinin üstünlüyü ilə əlaqədardır:

“Cənub axınları hava şəraitinin mülayim keçməsinə və temperaturun yüksəlməsinə səbəb olur. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 22, rayonlarda isə 25 dərəcəyədək yüksəlib. Noyabr ayının ötən dövründə havanın orta temperaturu iqlim normasından Bakıda və Abşeron yarımadasında 3.9 dərəcə yüksək olub. Ümumilikdə 22 gün ərzində temperatur normadan yuxarı olub. Çoxillik müşahidələrə əsasən, əvvəlki illərin noyabr aylarında da yüksək temperatur rejimi müşahidə edilib. Məsələn, 2023-cü ildə Bakıda və Abşeron yarımadasında temperatur 25, bölgələrdə isə 29 dərəcəyədək isti qeydə alınıb”.

O, həmçinin ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitinin həftə sonunadək davam edəcəyini vurğulayıb.

Tarix
2025.11.25 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Prezidentdən 15 iyunla bağlı paylaşım

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı bu paylaşımı etdi

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla