Yuxarı

Binaların altında bu obyektlərin yerləşməsi qadağandır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binaların altında bu obyektlərin yerləşməsi qadağandır

Çoxmənzilli yaşayış binalarının altında yerləşən qeyri-yaşayış obyektləri ilə bağlı dövlət tikinti normaları mövcuddur və bu sahə həmin normalarla tənzimlənir.

Bu sözləri əmlak eksperti Ramil Osmanlı Axar.az-a açıqlamasında son vaxtlar yaşayış binalarının altında fəaliyyət göstərən obyektlərdə yaranan problemlərdən danışarkən deyib.

O bildirib ki, qaydalar müəyyən obyektlərin yaşayış binalarının altında fəaliyyətinə qəti şəkildə icazə vermir:

“Sahəsi 250 kv.metrdən çox olan və oturum tutumu 50 nəfəri aşan ictimai iaşə obyektlərinin yaşayış binalarının altında yerləşməsi heç bir halda mümkün deyil. Bu kimi hallarla bağlı müvafiq qurumlar obyektin necə fəaliyyət göstərdiyini araşdırmalıdır”.

Ekspert qeyd edib ki, tələblər yalnız ictimai iaşə obyektlərinə deyil, digər fəaliyyət növlərinə də aiddir:

“Tikinti normalarına əsasən, bina altında yerləşən qeyri-yaşayış sahələri yaşayış hissəsindən tam ayrılmalıdır; obyekt binanın təxliyə imkanlarına mane olmamalı, giriş-çıxışı ayrıca təşkil edilməli, yanğın və havalandırma sistemləri düzgün qurulmalıdır.

Son günlər baş verən hadisələr tikinti normalarının ciddi şəkildə pozulduğunu göstərir. Yəqin ki, bununla bağlı araşdırma aparılır. İstintaq orqanları məsələnin mahiyyətini araşdırıb qərar verəcək.

Baş verənlər cəmiyyət üçün də mesaj olmalıdır. Növbəti mərhələdə bu sahədə fəaliyyət göstərən şəxslər, heç olmasa, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər”.

Qeyd edək ki, 21 noyabrda Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb. Hadisəyə görə binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-nin (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayev həbs edilib.

Tarix
2025.11.26 / 09:15
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla