Yuxarı

BDU-nun korpusu əsaslı təmir olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDU-nun korpusu əsaslı təmir olunacaq

Bakı Dövlət Universitetinin (BDU) 1 saylı tədris korpusunda ən müasir standartlara cavab verən əsaslı təmir planlaşdırlır.

Axar.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.

Qeyd edilib ki, qanunvericiliyə əsasən, bununla əlaqədar sənədləşmə işləri aparılır və proses bitmək üzrədir:

"Əsaslı təmirdə binanın zirzəmisindən damına qədər bütün mərtəbələr, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulacaq, elmi-tədqiqat laboratoriyaları yeni cihaz və qurğularla təchiz olunacaq. Binada yerləşən kitab fondları və oxu zalları yenilənəcək, professor-müəllim heyəti üçün yaradıcılıq otaqları, xüsusi müzakirə otaqları və s. yaradılacaq. Binanın bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənəcək. Auditoriyalar ən müasir elektron avadanlıqlar, kondisioner və mebellərlə təzhiz olunacaq. Eyni zamanda binanın həyətyanı sahəsi və Universitetin ümumi girişi yenidən qurulacaq, abadlaşdırılacaq".

Məlumatda həmçinin qeyd olunub ki, infrastrukturun yenilənməsi Universitetin ümumi inkişaf strategiyasının tərkib hissəsidir:

"Tədris prosesinin təkmilləşdirilməsi, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi məqsədilə maddi-texniki bazanın müasir tələblərə cavab verməsi üçün tədbirlər görülür. Binanın əsaslı təmiri zamanı tələbələr müasir tədris prosesi üçün zəruri şəraiti olan məkanda dərslərinə davam edəcəklər. Tədrisin fasiləsizliyi təmin olunacaq".

Tarix
2025.12.01 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla