Yuxarı

Yuxusuz sürücülərin törətdikləri ağır qəzalar – Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yuxusuz sürücülərin törətdikləri ağır qəzalar – Anbaan video

Sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Təqdim olunan videogörüntülər bir daha deməyə əsas verir ki, belə hallar dəfələrlə neçə-neçə insanın həyatına son qoyan ağır qəzalarla nəticələnib.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

"BDYPİ tərəfindən bu barədə çağırışların edilməsinə, zəruri qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, təəssüf ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, iş və istirahət rejiminə əməl etmədən sükan arxasında əyləşənlər tapılır.

Baş Dövlət Yol Polisi İdarəsinin həyata keçirdiyi növbəti tədbir zamanı da sürücülərlə bu mövzuda zəruri izahat işləri, maarifləndirici söhbətlər aparılıb.

Xüsusilə yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə iş və istirahət rejiminə əməl etməyin vacibliyi xatırladılıb, iki-üç saatlıq fasiləsiz hərəkətdən sonra qısamüddətli istirahət etməyin əhəmiyyəti izah olunub, zəruri tövsiyələr verilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu qəbildən olan tədbirlər davamlı olaraq təşkil ediləcək", - məlumatda bildirilib.

Tarix
2025.12.02 / 11:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla