Yuxarı

Qarlı havaya hazırlaşan Bakı yağışa təslim oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarlı havaya hazırlaşan Bakı yağışa təslim oldu - Video

Bakı Metropoliteninin "28 May" stansiyasının yaxınlığında güclü yağışlardan sonra yollarda suyun yığılması nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Axar.az xəbər verir ki, Oxu.az-a daxil olan görüntülərdən məlum olur ki, ərazidə kanalizasiya sisteminin işləməməsi nəticəsində yağış suları yolda toplanıb.

Bu isə həm piyadaların, həm də sürücülərin hərəkətinə maneə törədir.

Hazırda ərazidə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların tədbir görüb-görmədiyi barədə məlumat yoxdur.

Məlumat üçün bildirək ki, "Sədərək" ticarət mərkəzini də su basıb.

Məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.

Qeyd edək ki, noyabrın 26-da qış mövsümünə hazırlıqla bağlı Bakının rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yaymışdı.

Məlumatda qeyd olunmuşdu ki, şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə BŞİH hər bir rayona cavabdeh şəxs təyin edib.

Tarix
2025.12.05 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla