Yuxarı

Qüdsi Osmanov Rumıniyanın Timişoara şəhərində... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qüdsi Osmanov Rumıniyanın Timişoara şəhərində... - Foto

5 dekabr tarixində Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qudsi Osmanov Timişoaranın meri və hakim koalisiada olan “Rumıniya Xilaskərlar Birliyi” (USR) partiyasının sədri Dominik Frits ilə rəsmi görüş keçirib. Görüşdə mümkün əməkdaşlıq imkanları, Timişoara ilə Azərbaycan arasında yeni əlaqələrin qurulması və ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olub.

Axar.az xəbər verir ki, səfir Qudsi Osmanov şəhərin multikultural xarakterini, beynəlxalq əməkdaşlığa açıqlığını, gənclərin ictimai həyatda fəallığını və özünəməxsus, unikal memarlığını vurğulayaraq, bunun 2023-cü ildə Timişoaranın Avropanın Mədəniyyət Paytaxtı statusu alması, beynəlxalq səviyyədə tanınması və onun mədəni potensialının önə çıxmasına mühüm töhfə verməsini qeyd edib. O, Azərbaycan ilə Rumıniya əlaqələrinə toxunaraq, iki ölkənin regionları arasında əməkdaşlığının qarşılıqlı faydasından danışıb.

Öz növbəsində mer Dominik Frits Timişoaranın “şəhər diplomatiyası” konsepsiyasına sadiqliyini və Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində marağını ifadə edib. Həmçinin, şəhərin rəhbəri Timişoara şəhəri tərəfindən təsis olunan Avropa Dəyərləri Mükafatı, və hər il təşkil olunan Timişoara Şəhər Sammiti barədə danışaraq, bu tədbirlərin şəhərin Avropa dəyərləri və müzakirələri ilə əlaqələndirən təşəbbüslər adlandırıb.

Rumıniyada dövlət səviyyəsində qeyd olan Milad Bayramı və bu ölkədə qeyd olan Müqəddəs Nikolay günü ərəfəsində səfir XX əsrin ortalarında Timişoarada inşa olunmuş və Rumıniyanın ən mühüm dini məbədlərdən biri olan “Müqəddəs Üç Hiyerarx” kilsəsini ziyarət edib.

Bundan əlavə, Timişoaraya səfər çərçivəsində səfir Qüdsi Osmanov Timişoara Bələdiyyə Sosial Yardım İdarəsinin tabeliyində olan "Inokentsiu Klein" “Qocalar Evi”ni də ziyarət edib. Azərbaycanlı diplomat “Qocalar evi”nin sakinləri ilə səmimi söhbət aparıb, onlara Azərbaycanın Rumıniyadakı səfirliyi adından kiçik bayram hədiyyələri, şirniyyatlar təqdim edib.

Qeyd edək ki, Timişoara Rumıniyanın ən inkişaf etmiş şəhər mərkəzlərindən biridir və rəqabətqabiliyyətli sənayesi, İT sektoru, memarlıq irsi və multikultural mədəniyyəti ilə tanınır. Şəhər əhali və ərazi baxımından ölkədə üçüncü yerdədir. Həmçinin Timişoara Rumıniyada azadlıq və demokratiyanın rəmzi sayılır, çünki ölkədə 1989-cu il inqilabı məhz bu şəhərdən başlayıb.

Tarix
2025.12.06 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla