Yuxarı

Türkiyədə “servis haqqı” ləğv edilir: bəs, Azərbaycanda?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə “servis haqqı” ləğv edilir: bəs, Azərbaycanda?

Restoran və kafelərdə menyuda göstərilməyən “servis haqqı”nın hesaba əlavə olunması qanunsuzdur və istehlakçıdan tələb edilə bilməz. Müştəriyə əvvəlcədən dəqiq və açıq şəkildə təqdim olunmayan heç bir əlavə ödəniş hüquqi qüvvəyə malik deyil.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov restoranlarda servis haqqının tətbiqi ilə bağlı yaranan narazılıqlara münasibət bildirərkən deyib.

Hüquqşünasın sözlərinə görə, məsələ Mülki Məcəllə və istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunlarla tənzimlənir, lakin burada konkret “servis haqqı” maddəsi olmasa da, ümumi hüquqi prinsiplər aydın şəkildə mövcuddur:

“Tərəflər arasında bağlanan müqavilənin bütün şərtləri əvvəlcədən açıq şəkildə bildirilməlidir. Xüsusilə də müqavilənin bir tərəfi istehlakçı olduqda, hər bir şərt ona tam, dəqiq və aydın formada təqdim edilməlidir. Müştəri menyuda göstərilən qiymətlərlə razılaşıb sifariş verir. Bu mərhələdən sonra obyekt qiymətə əlavə hər hansı ödəniş daxil edib müştəridən tələb edə bilməz. Əgər servis haqqı varsa, bu menyuda, lövhədə və ya obyektin daxilində tam görünən şəkildə əvvəlcədən göstərilməlidir”.

Hüquqşünas qeyd edib ki, restoranlar bəzən servis haqqını menyunun küncündə xırda şriftlə yazaraq məsuliyyətdən yayınmağa çalışırlar, lakin bu yanaşma qanunla ziddiyyət təşkil edir.

Əkrəm Həsənovun sözlərinə görə, istehlakçı vicdanlılıq prinsipinə əsaslanaraq belə hallarda yalnız menyuda göstərilən məbləği ödəmək hüququna malikdir. Əgər müəssisə buna baxmayaraq əlavə ödəniş tələb edirsə, bu artıq qanunsuz tələbdir.

Qeyd edək ki, Türkiyədə artıq restoran və kafelərdə məcburi “servis”, “masa” və ya digər əlavə ödənişlərin qadağan edilməsi ilə bağlı yeni qaydalar hazırlanır. Ticarət Nazirliyi müştərinin yalnız sifariş etdiyi məhsulun qiymətini ödəməsini, bütün əlavə haqların isə ləğvini nəzərdə tutur.

Tarix
2025.12.09 / 12:22
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla