Yuxarı

Bacısının yasından qayıdan qadın qəzada öldü – Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bacısının yasından qayıdan qadın qəzada öldü – Təfərrüat

Lerikdə bacısının yasından qayıdan qadın avtomobilin dərəyə yuvarlanması nəticəsində ölüb.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, bacısının yas mərasimdən qayıdan Lerik rayon sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb.

A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinə yaxınlaşdıqdan qısa müddət sonra dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

"İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır", - BDYPİ-nin məlumatında qeyd olunub.

Tarix
2025.12.11 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla