Yuxarı

Əhali bu istiqamətə 300 milyon niyə artıq xərcləyib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhali bu istiqamətə 300 milyon niyə artıq xərcləyib?

2025-ci ilin yanvar-noyabr aylarında apteklərdə 1 milyard 424.1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Satış həcmi 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 24.3% artıb. Yəni 2025-ci ilin ilk 11 ayında keçən ilin eyni dövrünə görə vətəndaşlar dərmanlara 300 mln. manat daha çox xərcləyiblər.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, 25%-ə yaxın artım orqanik deyil, deməli, dərmanların həcmi yox, qiyməti kəskin artıb:

“Dərman qiymətlərinin hər il artmasının əsas səbəbi hökumətin təsis etdiyi Tarif Şurasının mənasız, məzmunsuz, ziyanlı tənzimləmə siyasətidir. Dərman sahəsində qiymətlərin tənzimləməsi Tarif Şurasına tapşırılan gündən bu günə ölkədə qiymətlər artır, dərmanların keyfiyyəti isə sürətlə düşür. Çünki Tarif Şurasının yanaşması ancaq inhisarşılara xeyir verən, xalqı heçə sayan, qiymətləri qaldıran, keyfiyyəti aşağı salan yanaşma və metodologiyadır.

Bu iş Tarif Şurasına tapşırılandan sonra ölkədə 200-dən çox dərman gətirib-satan şirkət bağlanıb, rəqabət məhv olub, ancaq bəzi məmurlara, deputatlara bağlı iri şirkətlərin marağına uyğun qərarlar alınıb. Nəticə olaraq da qiymətlər hər ay qalxır.

Bundan başqa, illər öncə hökumətə təklif verdik ki, dərman satışında ƏDV-ni ya ləğv edin, ya da simvolik olaraq 2%-ə endirin. ƏDV ləğv olunsa, dərman qiymətlərində azı 15% ucuzlaşma olacaq, pararlel olaraq da Tarif Şurasının bu mənasız səlahiyyəti ləğv edilib rəqabət mühiti yenidən təsis edilsə, qiymətlər daha 15-20% enəcək, yəni bu gün 10 manata olan dərmanı vətəndaş 6 manata ala biləcək”.

Tarix
2025.12.12 / 20:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla