Yuxarı

Vilayət Eyvazov yenidən bu federasiyanın prezidenti seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vilayət Eyvazov yenidən bu federasiyanın prezidenti seçildi

Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib.

Axar.az xəbər verir ki, Federasiyanın baş katibi Emin Cəfərov 2022–2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib.

Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb. Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal əldə ediblər. Milli yığma komandanın üzvü Nigar Nəsirova 2025-ci il Dünya Çempionatında 50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.

Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib.

İsmət Əliyev, Zemfira Meftaxetdinova, Tofiq Bəylərov vitse-prezident, Tamirlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.

Sonda federasiya prezidenti Vilayət Eyvazov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə danışıb.

Tarix
2025.12.18 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

Rusiyadan türk ölkəsinə qarşı isterika: hansı haqla “hədələyir”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla