Yuxarı

Leyla Əliyeva Robb Butler ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Robb Butler ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin İqlim və Sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Leyla Əliyevaya iqlim və sağlamlıq sahəsində göstərdiyi səmərəli xidmətlərə, COP29 çərçivəsində fəal iştirakı və maarifləndirmə fəaliyyətinə, eləcə də ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının fəaliyyətinə verdiyi dəstəyə görə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi mükafatı təqdim olunub.

Söhbət zamanı IDEA İctimai Birliyi tərəfindən iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, bu sahədə ÜST ilə Azərbaycan arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və insan sağlamlığına potensial təsirləri barədə fikir mübadiləsi aparıb, bu istiqamətdə birgə təşəbbüslər və beynəlxalq çağırışların gücləndirilməsi imkanlarını, o cümlədən Azərbaycanın ÜST-nin "Sağlam şəhərlər" şəbəkəsinə qoşulması perspektivlərini müzakirə ediblər.

Bununla yanaşı, təmiz havanın insan sağlamlığına təsiri, havanın çirklənməsinin azaldılması və bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Tarix
2025.12.18 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla