Yuxarı

Deputatdan elektron siqaretlərlə bağlı təklif - Bu tarixdən...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatdan elektron siqaretlərlə bağlı təklif - Bu tarixdən...

Elektron siqaretlərin qadağan edilməsinin səbəbi açıqlanıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan hökuməti də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq tütün və tütün məmulatları üzrə aksiz vergilərinin tədricən artırılması siyasətini həyata keçirir, tövsiyəyə görə siqaretin bütün seqmentlərinin pərakəndə qiymətlərinin ən azı 75 faizi vergilərdən ibarət olmalıdır.

Azər Əmiraslanov deyib ki, ölkəmizdə bu rəqəm hələ indi 60 faizə çatmaq üzrədir:

“İndiki layihə isə elektron siqaretlərə münasibətdə aksiz artımını deyil, daha radikal yanaşmanı, yəni onların tamamilə qadağan edilməsini nəzərdə tutur. Belə bir qadağanın tətbiq edilməsi həmin məhsullar üzrə rüsum və vergi daxilolmalarının itirilməsinə gətirib çıxarsa da, dövlət siyasətinin prioritet istiqamətlərindən biri vətəndaşın təhlükəsizliyini və sağlamlığını mühafizə etməkdən ibarətdir. Dövlət bu kimi məsələlərdə heç bir vaxt fiskal maraqlar güdmür, əksinə, vətəndaşa yönəlik prinsip və dəyərləri əsas götürür. Heç şübhəsiz, elektron siqaretlərin qadağan edilməsi ilə dövlət bu məhsullara tətbiq edilən idxal rüsumları, aksizlər, əlavə dəyər vergisi üzrə büdcə itkilərinə məruz qalacaq. Bununla belə, elektron siqaret idxalına görə xaricə valyuta axınının qarşısı da müəyyən qədər alınmış olacaq. Çünki indiyə kimi elektron siqaretlərə olan tələbat yerli istehsalın deyil, idxalın hesabına ödənilirdi. Sahibkarların müraciətlərini, eyni zamanda elektron siqaretlərlə bağlı sərt qadağa rejimini tətbiq etmiş ölkələrin təcrübəsini də nəzərə almaqla qanunun qüvvəyə minmə müddətinin fevralın 1-dən deyil, uzadılaraq aprelin 1-dən müəyyən olunmasını təklif edirik. Bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyəti qurumlar tərəfindən hər cür dəstək verilməsini vacib hesab edirik”.

Parlamentin komitə sədri qeyd edib ki, elektron siqaretlərin qadağan edilməsindən, yəni qanunun qüvvəyə minməsindən sonra biznesin bu seqmenti üzrə “qara bazar”ın yaranmasına, qaçaqmalçılıq cəhdlərinə yol verilməməsi üçün gömrük-vergi, antiinhisar, hüquq-mühafizə orqanları ciddi önləyici tədbirlər görməlidirlər.

Tarix
2025.12.19 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik

Zelenski İlham Əliyevi təbrik etdi

Liderlər İlham Əliyevi təbrik edir

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla