Yuxarı

Qışda sürücülərin əsas səhvi budur: qəzaya səbəb olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qışda sürücülərin əsas səhvi budur: qəzaya səbəb olur

Adətən təcrübəli sürücülər noyabr ayının 15-dən etibarən artıq qış mövsümünə hazırlıqlara başlayırlar. Qışa hazırlıq üçün ilk növbədə avtomobillərin təkərləri dəyişdirilməli və qış təkərləri ilə əvəz olunmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov qış mövsümündə avtomobillərin istismarı ilə bağlı danışarkən deyib.

O bildirib ki, əgər avtomobil üzərində artıq qış təkəri varsa, onun yeyilmə və sürtünmə dərəcəsi mütləq yoxlanılmalıdır:

“Qış təkərlərini digər təkərlərdən fərqləndirən əsas cəhət onların rezin materialının daha elastik olmasıdır. Şaxta düşdükdə bu elastiklik qorunur. Digər təkərlər isə şaxtadan sonra keyfiyyətini itirir və yol tutumu zəifləyir.

Həmçinin antifriz, mühərrik yağı, əyləc mayesi və digər texniki mayelərə xüsusi diqqət yetirilməsi vacibdir. Bu mayelər seçilərkən mütləq orijinal olmasına və sertifikatının mövcudluğuna diqqət yetirilməlidir. Alıcı satıcıdan istehsalçı sənədlərini tələb edə bilər. Mayelər avtomobil istehsalçısının tövsiyə etdiyi standartlara uyğun seçilməlidir”.

Ekspertin sözlərinə görə, qış mövsümündə akkumulyatorlar daha tez enerji itirir. Yay aylarında avtomobil uzun müddət istifadə olunmasa belə işə düşə bildiyi halda, qışda bu, ciddi problem yarada bilər:

“Qışda avtomobil tez zəifləyir. Buna görə də akkumulyatorun enerjisi mütəmadi olaraq yoxlanılmalı, zərurət yarandıqda servislərdə gücləndirilməlidir”.

Eldəniz Cəfərov sürücülərin qış mövsümündə yol verdiyi əsas səhvlərdən də danışıb. O bildirib ki, bir çox sürücü ya qış təkərinə keçid etmir, ya da yeyilmiş təkərlərlə yağışlı və buzlu yollarda avtomobil idarə edir:

“Bu çox təhlükəlidir. Belə təkərlər ani tormozlama zamanı avtomobilin dərhal dayanmasına imkan vermir, tormoz məsafəsi uzanır və nəticədə yol-nəqliyyat hadisələri baş verir”.

Tarix
2025.12.20 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla