Yuxarı

O özünü Ermənistan qəhrəmanı adlandırırdı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
O özünü Ermənistan qəhrəmanı adlandırırdı...

Karen Avanesyan xəstəxanada özünü Ermənistanın qəhrəmanı adlandırırdı.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilən məhkəməsində onun yaxalanmasında iştirak etmiş Elmar adlı polis əməkdaşı deyib.

O bildirib ki, əməliyyat zamanı Avanesyan polisin təslim olmaq tələbinə məhəl qoymayaraq, silahlı müqavimət göstərməyə davam edib:

"Xidmətdə olduğumuz zaman erməniəsilli Karen Avanesyan Xankəndidə silahlı müqavimət göstərdiyi barədə məlumat aldıq. Hadisə yerinə getdik və onu dəfələrlə silahı yerə qoyub təslim olmağa çağırdıq. Lakin bu çağırışlara məhəl qoymadan bizə qarşı silahlı müqavimət göstərirdi. Avanesyan silahlı halda şəhər ərazisində tədbir keçirilən əraziyə doğru gedirdi.

Daha sonra qaçıb bir evə girdi. Mən özüm şəxsən onu təslim olmağa çağırdım, dedim ki, sənə heç nə edilməyəcək. Ancaq o yenə bizə doğru 6-7 atəş açıb qumbara atdı. Belə olduqda xidməti vəzifəmizi yerinə yetirərək silah işlədib onu yaralamaq məcburiyyətində qaldıq. Yaralı vəziyyətdə ələ keçən Avanesyanı xəstəxanaya apardıq. O, yaralı halda özünü Ermənistanın qəhrəmanı adlandırırdı".

Tarix
2025.12.22 / 16:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

Bayramov missiyası başa çatan Andreyevanı qəbul etdi

FHN “açıq qapı günü” tədbiri keçirdi - Video

Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...

Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi

Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video

Bakıda mühüm iclas başladı

Liderlər İlham Əliyevi təbrik edir

Putin Azərbaycanı təbrik etdi

Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla