Yuxarı

Müəllimlərə verilən sovqat müzakirə yaratdı... – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimlərə verilən sovqat müzakirə yaratdı... – Rəsmi

Son günlər sosial şəbəkələrdə Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən müəllimlərə göndərildiyi iddia edilən bayram hədiyyəsi geniş müzakirələrə səbəb olub. Belə ki, görüntülərdə bayram sovqatının içində bir neçə şirniyyat məhsulunun olması birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, AHİK sözügedən məsələyə aydınlıq gətirib.

Bildirilib ki, Konfederasiyanın fəaliyyəti ilə bağlı yayılan bəzi məlumat və şərhlərdə Yeni il münasibətilə təqdim olunan bayram hədiyyələrinin mahiyyəti məqsədli şəkildə yanlış kontekstdə təqdim olunur:

“Yeni il bayramı ərəfəsində həmkarlar ittifaqları tərəfindən üzvlərə və onların ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlara bayram hədiyyələrinin verilməsi uzun illərdir mövcud olan sosial xarakterli ənənədir və bu təşəbbüs cari ildə də davam etdirilir. Bu təşəbbüslərin fərqli və təhrif olunmuş formada təqdim edilməsi isə məsələnin mahiyyətinə kölgə salmağa yönəldilib.

AHİK-in fəaliyyətinə bu cür yanaşmalar reallığı əks etdirmir, həyata keçirdiyi sosial təşəbbüslərin təhrifedici və qərəzli təqdimatı ictimai rəyin yanlış formalaşmasına səbəb olur. AHİK daim həyata keçirdiyi sosial proqramlar barədə ictimaiyyətə rəsmi kanallar vasitəsilə dolğun məlumat verir.

İctimaiyyəti və media nümayəndələrini məsələlərə obyektiv yanaşmağa, sosial təşəbbüsləri təhrif olunmuş təqdimat predmetinə çevirməməyə çağırırıq”.

Tarix
2025.12.22 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla