Yuxarı

Onlara vəzifə verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlara vəzifə verildi - Foto

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Mehriban Qasımova Şuşa Humanitar Kollecinin, Bəşir Əliyev isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Qurumdan Axar.az-a bildirilib ki, Mehriban Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Xalq çalğı alətləri orkestrinin rəhbəri” ixtisası üzrə ali təhsil alıb.

O, əmək fəaliyyətinə 1987-ci ildə Şuşa Mədəni-Maarif Məktəbində başlayıb, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi fənləri və orkestr dirijorluğu” kafedrasında çalışıb.

Bəşir Əliyev Bakı Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavr təhsili alıb, daha sonra ADA Universitetində “Bir müəllimin manifesti” ixtisasartırma proqramını uğurla tamamlayıb.

B. Əliyev 2014-2020-ci illərdə Füzuli rayonu, Yağlivənd kənd tam orta məktəbində tarix müəllimi vəsifəsində çalışıb, 2020-ci ildən son təyinatadək isə Füzuli rayonu, Mollaməhərrəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edib.

Tarix
2025.12.22 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla