Yuxarı

Bakıda qorxunc trend: Gənclər özlərini yandırır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qorxunc trend: Gənclər özlərini yandırır - Video

Bakıda gənclər arasında təhlükəli bir trend yayılıb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bəzi yeniyetmələr qol nahiyələrində aerozol tipli dezodorantlardan istifadə etməklə qəsdən qəribə izlər yaradırlar. Sosial şəbəkələrdə yayılan bu davranış beynəlxalq mediada “Deodorant Challenge” (dezodorant çağırışı) adı ilə tanınır.

Belə ki, yeniyetmələr dezodorantı dəriyə çox yaxın məsafədən uzun müddət sıxaraq saxlayır, nəticədə qol nahiyəsində yumru formalı, yanıqlara bənzər izlər əmələ gəlir. Mütəxəssislərin bildirdiyinə görə, bu zaman dezodorantın tərkibindəki sıxılmış qaz ani şəkildə çox aşağı temperatur yaradır və dəridə soyuq yanıq (aerosol frostbite) adlanan ciddi zədələnməyə səbəb olur.

Həkimlər xəbərdarlıq edirlər ki, bu cür “təcrübələr” dərinin dərin qatlarını zədələyə, infeksiyalara, su toplamasına və sonradan qalıcı çapıqlara yol aça bilər. Bəzi hallarda isə tibbi müdaxilə qaçılmaz olur.

Qeyd edək ki, bu qorxunc trend təkcə Azərbaycanda deyil, eyni zamanda ABŞ, Böyük Britaniya və bir sıra Avropa ölkələrində də gənclər arasında yayılıb. Xarici mənbələrdə bu davranış illər əvvəl də müşahidə olunub və mütəxəssislər onun sosial şəbəkələrdə yayılan “çağırış mədəniyyəti”nin təhlükəli nəticələrindən biri olduğunu bildirirlər.

Valideynlərə və müəllimlərə övladlarının sosial şəbəkə davranışlarına diqqət yetirmələri, yeniyetmələrlə bu cür riskli “trend”lərin fəsadları barədə söhbətlər aparmaları tövsiyə olunur.

Tarix
2025.12.23 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla