Yuxarı

Mir Şahin ANS-in taleyindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mir Şahin ANS-in taleyindən danışdı

ANS bütün addımlarını qanun çərçivəsində atır. Qanunların ədalətli şəkildə bərpa olunduğunu təsdiqləyən çoxlu fakt var. Biz dövlətimizə güvənirik, dövlətimizin də bu problemi tez bir zamanda araşdıracağına əminik.

APA-nın məlumatına görə, bunu ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev deyib.

O, dövlət olan yerdə beynəlxalq təşkilatlardan nəsə gözləmədiklərini də bildirib.

"Təbii ki, beynəlxalq təşkilatları maraqlandıran suallara imkan düşdükcə cavab veririk. Bu cavablar heç vaxt Azərbaycanın dövlət imicinə ziyan gətirməməlidir. Əslində bizim də məhkəməyə müraciət etməyimiz yaranmış anlaşılmazlığın aradan qaldırılmasına nail olmaqdır. ANS-in, 25 illik kanalın fəaliyyətinin dayandırılması barədə verilmiş qərarı dəyişdirmək gücü olan dövlətimiz var və inanırıq ki, biz qanunlarla ədalətin bərpa olacağına nail olacağıq. Bizim bütün addımlarımız qanun çərçivəsindədir", - deyə o qeyd edib .

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə ANS-in "İnzibati aktın etibarsız hesab edilməsi" (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı şikayətinin Bakı Apellyasiya Məhkəməsinə aid olub-olmaması araşdırılıb, işə 1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsində baxılması məqsədəuyğun sayılıb.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Tarix
2016.08.10 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

Meloni Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - Video

Avropa Siyasi Birliyi siyasi əlaqələndirmə platformasıdır

Kremldə Putinin “faktiki həbsi”nə qərar verildi

Hörmüz blokadası Azərbaycanı qalib etdi - Almaniya KİV

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

Əliyevlə İran böhranını müzakirə etdik - Meloni

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla