Yuxarı

Elektron siqaret qadağası: müddət dəyişir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektron siqaret qadağası: müddət dəyişir

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinə dair qadağanın tətbiqi müddəti dəyişir.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, layihəyə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

Milli Məclisin dekabrın 19-da qanun layihəsini birinci oxunuşda qəbul edib və həmin redaksiyada qanun qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcəyi əksini tapıb.

İkinci oxunuşda müzakirəyə təqdim edilən layihədə isə bu müddət 2026-cı il 1 aprellə əvəzlənir.

Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılan zaman parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qadağanın tətbiqi müddətinin dəyişdirilməsini təklif etmişdi.

Tarix
2025.12.25 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla