Yuxarı

Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özünü şəhid xanımı kimi təqdim etdi: 22 min mənimsədi

Özünü Antiterror əməliyyatında şəhid olan hərbçinin xanımı kimi təqdim edən Mingəçevir sakini Rəsmiyyə Kazımova həmcinsinə qarşı 22.500 manatlıq dələduzluq edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, o, Bərdədən olan şəhidin Mingəçevirdə çox adam tərəfindən tanınmayacağını düşünərək bu şəhərdə yaşayan Afət Nəsibovanı aldadıb.

Həmin qadının etibarından sui-istifadə edən 1987-ci il təvəllüdlü Rəsmiyyə Afətə şəhid xanımı olduğu üçün ona Mingəçevir şəhəri, Qələbə dairəsi yaxınlığında 80 000 manat dəyərində mənzil veriləcəyini və Afətə istəsə, təxminən 20 000 manat ödəniş etməklə həmin mənzili onun qızına sata biləcəyini və ondan alacağı məbləği sənədləşmə üçün xərcləcəyini bildirib.

Afət onun dedikləri ilə razılaşıb və istədiyi məbləği ödəyib. Rəsmiyyə Afətlə qızına bu barədə heç kimin yanında bir kəlmə də danışmamağı tapşırıb.

Həmin ərəfələrdə Afət Nəsibova ona zəng vuraraq mütamadi olaraq evin verilməsi ilə bağlı maraqlanıb. Rəsmiyyə isə Afətin aldadılmasını başa düşəcəyini düşünüb onu inandırmaq məqsədilə yalandan bazardan kilid açarı alıb. O, açarı Afətə təqdim edərək tezliklə köçəcəyi evin açarları olduğunu bildirib. Rəsmiyyə Afətə açılış olmamış evə köçməyin qadağan olduğunu deyib.

Rəsmiyyə inamı itirməmək üçün tez-tez Vatsapda şəhid arvadı olmağı ilə bağlı paylaşımlar edib, şəhidin şəkillərini status bölməsində yayımlayıb. Maraqlıdır ki, həmin statuslar yalnız Afət Nəsibova üçün açıq olub.

Rəsmiyyə Kazımova məhkəmədə əməlindən peşman olduğunu, Afət Nəsibovaya dəymiş ziyanın ödənilməsi ilə bağlı aralarında razılğa gələrək barışıq sazişi imzaladığını bildirib.

Məhkəmə bu əməlinə görə Rəsmiyyə Kazımovanın azadlığını 5 ay 18 gün müddətinə mıhdudlaşdırıb.

Tarix
2025.12.27 / 09:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla