Yuxarı

Estetik cərrah və anestezioloqa cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Estetik cərrah və anestezioloqa cinayət işi açıldı

Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında cinayət işi başlanılıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, cinayət işi ilə bağlı istintaq aparılıb və istintaq tamamlanaraq məhkəməyə göndərilib.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.

Tarix
2026.01.09 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan Türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla