Yuxarı

Bu aparıcı Bakını “əxlaqsızlıq məkanı” kimi təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu aparıcı Bakını “əxlaqsızlıq məkanı” kimi təqdim etdi

Speys TV-nin “Gəl danış” proqramında aparıcı Amil Xəlil bölgələrdən Bakıya gələn tələbə qızları “əxlaqsızlıq”da ittiham etmişdir ki, bu, onların qanunla qorunan hüquqlarına ziddir. Əslində, bu yanaşma həm də Bakının “əxlaqsızlıq məkanı” kimi təqdim olunmasıdır.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas Əlövsət Əliyev qeyd edib.

“Hər kəsin təhsil hüququ, şəxsi şərəfi və ləyaqəti qanunla qorunur. Qadınları hədəf göstərərək, “əxlaqsız” ifadəsini yalnız onlara yönəltmək cinsi stereotiplərin möhkəmlənməsinə səbəb olur və həm işgüzar etikaya, həm də sahəni tənzimləyən qanunlara ziddir.

Hesab edirəm ki, belə çıxışlar həm hüquqi, həm də ictimai məsuliyyət yaradır. Odur ki, aparıcının etik və hüquqi məsuliyyəti təmin edilməli, ictimaiyyət bu barədə məlumatlandırılmalıdır”, - o bildirib.

Qeyd edək ki, aparıcı rayonlardan qız uşaqlarının Bakıya təhsil almağa göndərilməsinə qarşı bu sözləri işlətmişdi:

“Şəhərdə gördüyüm biabırçılıqların 99 faizi tələbələrlə bağlıdır. Astara bölgəsindədirsə, qızını Lənkəran Dövlət Universitetinə qoy. Gəncə, Tovuz, Qazax bölgəsindədirsə, Gəncə Dövlət Universitetinə göndər. Yevlax və Kürdəmir tərəfdə yaşayanlar üçün Mingəçevir Dövlət Universiteti var. Naxçıvandadırsa, niyə Bakıya göndərirsiniz?

Mən demirəm ki, Bakıda oxumaq qadağan olunsun. Amma bir gün geyiminizi dəyişin, gecə şəhərə çıxın və görün nələr baş verir.

Biabırçılıqdır. Bir idmançı oğlan Tiktokda mesaj bölməsini mənə göstərir, tələbə qızlar ona şəkillər göndərirlər. Ay valideynlər, əziyyətlə mal-qara saxlayırsınız ki, balanız oxusun. Onsuz da fərasəti olan insan texnikom diplomu ilə də olsa, özünə iş tapacaq. Bəs niyə bölgələrdəki universitetləri bu qədər aşağı səviyyədə görürsünüz? Mən Lerikdə qalsaydım, övladlarım üçün birinci seçimim Lənkəran Dövlət Universiteti olardı”.

Tarix
2026.01.09 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla