Yuxarı

Ötən il “Araz” mağazalarında 300 kq-a yaxın batareya toplanıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən il  “Araz” mağazalarında 300 kq-a yaxın batareya toplanıb

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsində aktiv iştirakını davam etdirir.

Layihə çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən filialında ümumilikdə 21 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının təhlükəsiz şəkildə toplanması, onların xüsusi şəraitdə utilizasiya olunması, həmçinin ictimaiyyətdə ekoloji məsuliyyətin artırılması və tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirmənin gücləndirilməsidir.

Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi və SPAR filiallarında 2025-ci ildə ümumilikdə 300 kq-a yaxın istifadəyə yararsız batareya toplanaraq utilizasiya üçün “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib. Hazırda şirkətin baş ofisi və 29 filialında istifadəyə yararsız batareyaların toplanması üçün qutular yerləşdirilib.

Tarix
2026.01.09 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla