Yuxarı

Bakıda oğurluq edən 5 nəfər saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda oğurluq edən 5 nəfər saxlanıldı

Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək avtomobilindən akkumulyatorun oğurlanmasını bildirib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 37 yaşlı A.Quliyev və 39 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıblar.

Binəqədi rayonunda da oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisindəki obyektlərin birindən 700 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Klimaşkin və əvvəllər məhkum olunmuş 33 yaşlı Ə.Rəhimli müəyyən olunaraq saxlanılıblar.

Rayon ərazisində qeydə alınan digər bir oğurluq hadisəsi zamanı bir evdən 2100 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən, 24 yaşlı N.Sadıqova da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Tarix
2026.01.17 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla