Yuxarı

Ermənistanda İran əleyhinə aksiya: saxlanılanlar var - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda İran əleyhinə aksiya: saxlanılanlar var - Foto

15:15

Ermənistanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı polis iştirakçıların Göy məscid istiqamətində yürüşünə icazə verməyib.

Axar.az xəbər verir ki, bu barədə “Azadlıq” məlumat yayıb.

Aksiya iştirakçıları bildiriblər ki, mitinq və yürüş 15 yanvar tarixli meriya qərarı ilə razılaşdırılıb. Onların sözlərinə görə, yürüşün bir hissəsi dünən İran səfirinin təhdidlərindən sonra ləğv edilib.

Buna etiraz olaraq iştirakçılar oturaq aksiyaya başlayıblar. Polis aksiyanın dayandırılmasını tələb edib, güc və xüsusi vasitələrdən istifadə edilə biləcəyi barədə xəbərdarlıq edib.

Hadisə yerində vəziyyət gərgin olaraq qalır.

***

İran İslam Respublikasının səfirliyi qarşısında keçirilən etiraz aksiyası razılaşdırılmayıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, diplomatik nümayəndəlik ərazisində ictimai asayiş polis qüvvələri tərəfindən təmin edilib.

Nazirlik qeyd edib ki, yürüşün keçirilməsinə icazə verilməyib, bu səbəbdən onun təşkili qadağan olunub.

Məlumata görə, tədbir zamanı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa görə 7 nəfər inzibati qaydada saxlanılıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Tarix
2026.01.17 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla