Yuxarı

Bakıda bu ərazidə mənzillər rekord qiymətə satılır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu ərazidə mənzillər rekord qiymətə satılır - Video

Bakı şəhərinin bəzi küçələrində mənzillərin bir kvadratmetri 17 min manatdan baha təklif olunur. Məsələn, Nəsimi rayonu, Neftçilər prospektində bir mənzilin 1 kvadratmetri 17 550 manatadır.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtda mənzil sahibi olmaq istəyənlər üçün ən bahalı ünvanlar məlum olub. Qiymətləndiricilər Cəmiyyətinin araşdırmasına görə, siyahıya Nəsimi rayonu, Neftçilər prospekti başçılıq edir. Burada bir kvadratmetr üçün tələb olunan məbləğ, orta statistik mənzil qiymətini dəfələrlə üstələyir.

Qiymətlər onu deməyə əsas verir ki, Səbail, Nəsimi və Yasamal rayonları bahalı mənzil reytinqində üstünlüyünü qoruyur. Məsələn, Üzeyir Hacıbəyli küçəsində qiymət 14 min manatdan çoxdur, Ağ şəhər layihəsində isə bu rəqəm 8 min manatı keçir. İstiqlaliyyət, Əhməd Cavad və Əziz Əliyev kimi tarixi küçələrdə mənzillərin bir kvadratmetrinin qiyməti 4-5 min manat arasında dəyişir. Bəs qiymətlərdə bu qədər artıma səbəb nədir?

Ekspertlər bildirirlər ki, bu ərazilərdə mənzillərə tələbin yüksək olması və investisiya maraqları da qiymət artımının əsas səbəblərindəndir. Paytaxtın mərkəzində mənzil almaq yalnız yaşayış üçün deyil, həm də gələcəkdə böyük qazanc əldə etməyi vəd edən investisiya hesab edilir. Bundan əlavə, burada ev alıb yüksək qiymətə kirayə verənlər də mövcuddur. İnfrastruktur genişləndikcə, həmin küçələrdə qiymət artımının bu il də davam edəcəyi gözlənilir.

Tarix
2026.01.18 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla