Yuxarı

Axar.Az Logo carnation

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər xiyabanına ziyarəti başlayıb.

Axar.az xəbər verir ki, ziyarətçilər şəhid məzarları önünə gül dəstələri qoyur, onların xatirələrini yad edirlər.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri, milis nəfərləri olub.

Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Tarix
2026.01.20 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar da Zəngəzur dəhlizinə öz pəncələrini qoydular - Poqosyan

Türkiyə XİN 20 Yanvar faciəsinin qurbanlarını yad etdi

Kürd silahlılar istifadə edildi və atıldı: hər şey bitdi - Köçəryan

Prezident Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşdı

Çin Rusiya üzərində qiymət təzyiqini artıracaq – Şərh

Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

Bu, Bakının mühüm jestidir - Rubio

Qanlı 20 Yanvardan 36 il ötür

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla