Yuxarı

Tramp Makronu yeni rüsumlarla hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Makronu yeni rüsumlarla hədələdi

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu Fransadan idxal edilən şərab və şampanlara 200%-lik rüsum tətbiq etməklə hədələyib.

Axar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.

ABŞ prezidenti bu bəyanatı jurnalistlər ona Makronun Qəzza üzrə Sülh Şurasına qoşulmaq təklifini rədd edə biləcəyini söylədikdən sonra verib.

"Onsuz da o, heç kimə lazım deyil, çünki tezliklə vəzifəsini tərk edəcək. Mən onun şərab və şampanlarına 200%-lik rüsum tətbiq edəcəyəm və o qoşulacaq", - Tramp bildirib.

Makronun ikinci prezidentlik müddəti gələn il başa çatmalıdır. Fransa Prezidenti növbəti seçkilərdə iştirak etməyəcəyini qeyd edib. Tramp Sülh Şurasının yaradılmasını yanvarın 16-da elan edib. Elə həmin gün o, Şuranın İcraiyyə Komitəsini təqdim edib. Komitəyə ABŞ Dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner və Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer daxildir.

Tarix
2026.01.20 / 10:37
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla