Yuxarı

Trampın iddiası ilə AB üçün dəhşətli 3 il başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın iddiası ilə AB üçün dəhşətli 3 il başladı

ABŞ və Avropa arasında Qrenlandiyanın statusu uğrunda gərginliyin əsas səbəblərindən biri Donald Trampın prezidentliyi dövründə adaya qarşı irəli sürdüyü iddialardır. Tramp Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıdığını əsas gətirir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Sultan Zahidov ABŞ–Avropa münasibətlərində Qrenlandiya ətrafında yaranan gərginlikdən danışarkən deyib.

Sultan Zahidov bildirib ki, Qrenlandiya Arktika hövzəsində yerləşməsi səbəbindən strateji baxımdan son dərəcə önəmlidir:

“Xüsusilə dəniz nəqliyyatına nəzarət baxımından Qrenlandiya mühüm mövqedə yerləşir. Regionda Rusiya və Çin gəmilərinin artan aktivliyi ABŞ-ın narazılığına səbəb olan əsas faktorlardandır. Donald Trampdan əvvəl də, hətta son 100 il ərzində ABŞ-ın Qrenlandiyaya iddiası müxtəlif formalarda gündəmə gəlib. Lakin indiki fərq ondadır ki, Tramp bu mövzuda son dərəcə sərt ritorikadan istifadə edir və hətta hərbi variantı belə istisna etmir. Bu yanaşma Qrenlandiyanın qanuni sahibi olan Danimarkanın və Avropa ölkələrinin ciddi narazılığına səbəb olub”.

Politoloq vurğulayıb ki, Avropa Birliyinin ABŞ-a qarşı real təsir imkanları mövcuddur və bu daha çox iqtisadi mexanizmlər üzərindən həyata keçirilə bilər:

“AB həm iqtisadi, həm də institusional baxımdan böyük gücdür. 93 milyard avroluq tariflərin gündəmə gətirilməsi təsadüfi deyil. Bu məsələ daha əvvəl də müzakirə olunmuş, lakin ABŞ–AB ticarət razılaşmasından sonra müvəqqəti dondurulmuşdu.

Avropa Birliyi ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından biridir və mümkün tariflər Amerika iqtisadiyyatına ciddi təsir göstərə bilər. AB ABŞ ixracında birinci yerdə dayanır. Avropanın ABŞ məhsullarına 93 milyard avro dəyərində gömrük rüsumları tətbiq etməsi, xüsusilə kənd təsərrüfatı, avtomobil və aviasiya sənayesi üçün ciddi zərbə ola bilər. Bu sahələrdə satışların azalması istehsalın yavaşlaması, investisiyaların dayanması və işsizliyin artması riski yaradacaq”.

Sultan Zahidov ABŞ–AB qarşıdurmasının uzunmüddətli strateji böhrana çevrilə biləcəyini istisna etməsə də, bunun davamlı olmayacağını düşünür:

“Donald Trampın prezidentlik müddətinin bitməsinə təxminən üç il qalıb və növbəti prezidentin eyni siyasəti davam etdirəcəyinə heç bir zəmanət yoxdur. Digər tərəfdən, ABŞ və Avropa Birliyi arasında tarixə söykənən güclü transatlantik əlaqələr mövcuddur. AB ilə ABŞ arasında Böyük Britaniya faktoru var və düşünürəm ki, London bu böhranın kompromisli həllinə nail olmaq üçün aktiv rol oynamağa çalışacaq”.

Tarix
2026.01.20 / 10:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla