Yuxarı

Axar.Az Logo carnation

DİN qarlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN qarlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) Bakı, digər şəhər və rayonlarda qarlı hava ilə bağlı yol hərəkəti iştirakçılarına daha yüksək diqqət və məsuliyyətli olmaqla bağlı müraciət edib.

Axar.az xəbər verir ki, müraciətdə bütün yol hərəkəti iştirakçılarına ayıq-sayıq olmaq, diqqətli davranmaq və qarşılıqlı anlayış nümayiş etdirməklə bağlı çağırış olunub.

Bildirilib ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir:

"Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır. Bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini yüksəldir. Bu səbəbdən sürücülər hərəkət zamanı son dərəcə ehtiyatlı olmalı, ara məsafəsini qorumalı, sürət həddinə ciddi şəkildə riayət etməli, qəfil manevrlərdən çəkin­məli və yol hərəkəti qaydalarına tam əməl etməlidirlər".

DİN, həmçinin, piyadalardan da qarlı hava şəraiti ilə əlaqədar bəzi şərtləri yerinə yetirməsini xahiş edib:

"Piyadalar yolları yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürüşkən yol örtüyünü nəzərə almalı, nəqliyyat vasitələrinin yaxınlaşmasına xüsusi diqqət yetirməli və öz təhlükəsizliklərini daim ön planda saxlamalıdırlar".

Tarix
2026.01.20 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Davosda "Avronyus"a müsahibə verdi- Foto

Kamaləddin Qafarov: 20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi

Onlar da Zəngəzur dəhlizinə öz pəncələrini qoydular - Poqosyan

Türkiyə XİN 20 Yanvar faciəsinin qurbanlarını yad etdi

Kürd silahlılar istifadə edildi və atıldı: hər şey bitdi - Köçəryan

Prezident Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşdı

Çin Rusiya üzərində qiymət təzyiqini artıracaq – Şərh

Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

Bu, Bakının mühüm jestidir - Rubio

Qanlı 20 Yanvardan 36 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla