Yuxarı

Axar.Az Logo carnation

Deputat: 20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat: 20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi

20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış, siyasi məqsədli və hərbi cinayət xarakteri daşıyan qanlı əməliyyatı idi.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov səsləndirib.

O vurğulayıb ki, bu qırğın təsadüfən baş verməmişdi:

“Keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı açıq və qəti mövqe nümayiş etdirən Azərbaycan cəmiyyətini qorxutmaq, milli azadlıq iradəsini boğmaq üçün Kreml ən qəddar üsula əl atdı. Mixail Qorbaçovun birbaşa əmri ilə Bakıya yeridilən on minlərlə hərbçi ağır texnika, tanklar, zirehli maşınlar və avtomatik silahlarla dinc əhaliyə hücum etdi. Küçələrdə insanlar qətlə yetirildi, təcili yardım maşınları atəşə tutuldu, yaşayış məhəllələri mühasirəyə alındı. Bu, hüququn, humanizmin və beynəlxalq normaların açıq şəkildə tapdanması idi və Sovet dövlətinin öz vətəndaşlarına qarşı həyata keçirdiyi dövlət terrorunun bariz nümunəsi kimi tarixə düşdü”.

Millət vəkili fikirlərini davam etdirərək keçmiş sovet ordusunun iri kontingenti tərəfindən Bakının zəbt olunmasının xüsusi qəddarlıqla müşayiət edildiyini bildirib:

“Öz çirkin məqsədlərini yerinə yetirmək üçün 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdilər. Azərbaycan xalqı yanvar ayının 19-dan 20-nə keçən gecə şiddətli hərbi təcavüzlə üzləşdi. Milli azadlıq və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı ordu hissələri yeridildi və yüzlərlə günahsız insan qətlə yetirildi. Ölkəmizin və xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin hadisələrdən bu gün 36 il keçir. Həmin vaxt fövqəladə vəziyyətin yanvarın 20-də saat 00.00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilmədi. 1990-cı ilin yanvar ayının 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilən qoşun hissələri dinc əhalini təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində belə kütləvi şəkildə qətlə yetirmişlər. Nəticədə təkcə Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır".

Daha sonra deputat hər zaman millətin ən ağır günlərində öz xalqının yanında olan, onun dərdini bölüşən Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsi zamanı nümayiş etdirdiyi siyasi cəsarət və prinsipial mövqeyindən bəhs edib:

“Birmənalı olaraq demək lazımdır ki, baş verən qanlı hadisələrin fonunda Sovet imperiyasının mərkəzində olmasına rəğmən, SSRİ rəhbərliyini ittiham etməkdən çəkinməyən Ulu Öndər Heydər Əliyevin nümayiş etdirdiyi siyasi cəsarət və prinsipial mövqe 20 Yanvar həqiqətlərinin üzə çıxarılmasında həlledici rol oynadı. 1990-cı il yanvarın 21-də, həyatını real təhlükə altına qoyaraq, Sovet rejiminin qadağalarına baxmayaraq Moskvada verdiyi bəyanatla Ümummilli Lider Qanlı Yanvar hadisələrini törədənləri açıq şəkildə ittiham etdi, dinc əhaliyə qarşı silah işlədilməsini hüquqa, demokratiyaya və insanlığa zidd ağır cinayət adlandırdı, məsuliyyətin birbaşa SSRİ rəhbərliyinin üzərində olduğunu bəyan etdi. Bu çıxış Sovet imperiyası daxilində susdurulmuş həqiqətin ilk dəfə bu qədər açıq və sərt şəkildə səsləndirilməsi idi. Ulu Öndər Heydər Əliyev imperiyanın saxta “qanunçuluq” pərdəsini cıraraq, dünya ictimaiyyətinə göstərdi ki, Bakıda baş verənlər adi fövqəladə vəziyyət deyil, xalqın qəsdən qırılmasıdır. Bu mövqe 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsinin ideoloji və mənəvi əsasını formalaşdırdı. Sonrakı illərdə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində faciənin səbəbləri araşdırıldı, günahkarların məsuliyyəti gündəmə gətirildi, şəhidlərin xatirəsi dövlət səviyyəsində uca tutuldu. Ulu Öndər Heydər Əliyev üçün bu məsələ yalnız keçmişə qiymət vermək deyildi, bu, Azərbaycan xalqının milli ləyaqətinin və tarixi həqiqətinin qorunması idi. 20 Yanvarı törədən imperiya qüvvələri bu mövqenin qarşısında ifşa olundu, Azərbaycan xalqı isə bu qanlı sınaqdan daha da güclənərək çıxdı və müstəqillik yolunda geri dönüşü olmayan qərarını verdi”.

Tarix
2026.01.20 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto

Onlar da Zəngəzur dəhlizinə öz pəncələrini qoydular - Poqosyan

Türkiyə XİN 20 Yanvar faciəsinin qurbanlarını yad etdi

Kürd silahlılar istifadə edildi və atıldı: hər şey bitdi - Köçəryan

Prezident Şəhidlər xiyabanını ziyarətinə dair video paylaşdı

Çin Rusiya üzərində qiymət təzyiqini artıracaq – Şərh

Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

Bu, Bakının mühüm jestidir - Rubio

Qanlı 20 Yanvardan 36 il ötür

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla