Rusiya Belarusa növbəti Su-30-ları göndərdi
19:26
| Ana səhifə Toplum |
|
Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Axar.az xəbər verir ki, hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, "Mersedes" markalı avtomobilin aşması nəticəsində 1961-ci təvəllüdlü Qasımova Zabitə, 1998-ci il təvəllüdlü Qasımova Nurşən, 2020-ci il təvəllüdlü Qasımova Banu və 2023-cü il təvəllüdlü Qasımov Azər xəsarət alıblar.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.
|
Tarix
2026.02.01 / 18:09
|
Müəllif
Axar.az
|