Yuxarı

Pakistanda dəhşət: Banklar, hərbi obyektlər vuruldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanda dəhşət: Banklar, hərbi obyektlər vuruldu

Pakistanda separatçı Bəlucistan Azadlıq Ordusunun (BLA) silahlıları tərəfindən törədilən hücumlar nəticəsində 120-dən çox insan həlak olub.

Axar.az xəbər verir ki, bu barədə AFP agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, silahlılar Bəlucistan əyalətində banklara, həbsxanalara və hərbi obyektlərə hücum ediblər.

Pakistan ordusunun açıqlamasına əsasən, ölənlər arasında azı 18 mülki şəxs, 15 təhlükəsizlik əməkdaşı və 92 hücumçu var. Rəsmilərdən biri toqquşmalar zamanı rayon komissarının müavininin qaçırıldığını bildirib.

Əyalətdə 24 saatdan artıqdır ki, mobil internet kəsilib, nəqliyyatın hərəkəti və dəmir yolu xidməti tamamilə dayandırılıb. Partlayışlardan sonra əyalətin paytaxtı Kvetta faktiki olaraq boşalıb.

“Evdən çıxan heç kim sağ-salamat qayıdacağına əmin ola bilməz. Daim geri dönüb-dönməyəcəyin barədə qorxu var”, – deyə Kvettada yaşayan 39 yaşlı dükan sahibi AFP-yə bildirib.

Yanvarın 30-da Pakistan hakimiyyəti Bəlucistanda keçirilən reydlər zamanı 41 silahlının öldürüldüyünü elan edib. Rəsmi İslamabad hücumçulara Hindistanın dəstək verdiyini iddia edir. Yanvarın 31-də isə “Röyters” təhlükəsizlik mənbələrinə istinadən toqquşmalar nəticəsində 80-dən çox insanın öldüyünü yazıb.

Pakistan ordusu yanvarın 31-də hücuma məruz qalan ərazilərdə təmizləmə əməliyyatları apardığını açıqlayıb. Bəyanatda vurğulanıb ki, bu dəhşətli və qorxaq hücumun təşkilatçıları, icraçıları və onlarla əlbir olanlar məsuliyyətə cəlb ediləcəklər.

Tarix
2026.02.01 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla