Yuxarı

Ürək xəstəsi hərbi xidmətə cəlb edildi – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ürək xəstəsi hərbi xidmətə cəlb edildi – Açıqlama

Lənkəran rayon sakini Azər Nəsirovun ürəyində problem olduğu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən çağırışa cəlb edilib.

Bu barədə Axar.az-a Azər Nəsirov özü məlumat verib.

Nəsirovun sözlərinə görə, tez-tez göz qaralması, huşun itməsi, dərman asılılığı (aritmiyaya görə), fiziki yükənməyə dözümsüzlük kimi sağlamlıq problemləri var:

“Mənim ürək xəstəsi olduğum Elmi-Tədqiqat Kardiologiya İnsitutundan 3 dəfə təsdiqlənib və sənədlərə əsasən hərbi xidmətdən möhlət verilir. Bu ürək problemi isə sağalmır, getdikcə pisləşir. Düşünün ki, iti addımlarla belə gəzə bilmirəm. Əyləşdiyim, yatdığım yerdə belə huşum gedir.

Yanvar ayında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yerləşən hərbi həkim komissiyasına getdim. Məlum oldu ki, ürəyimdəki problem daha da artıb. Tibbi nəticələri götürüb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə yaxınlaşdıq. Xidmətin rəisi bizim nəticələrə baxıb, düzgün olmadığını, yenidən dəqiq şəkildə yoxlatdıracağını bildirərək, Elmi-Tədqiqat Kardiologiya İnsitutuna göndəriş məktubu yazdı. Mən yenidən yoxlanışdan keçdim. Müayinədən iki gün sonra yanvar çağırışına cəlb olunmağım üçün bildiriş gəldi. Biz dərhal Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və SHXÇDX barədə İnzibati Məhkəməyə müraciət etdik. Bir neçə gün sonra Reabilitasiya Agentliyindən qeyd edildi ki, onlar mənim müayinəmlə bağlı belə bir qərar verməyib. Sonra isə SHXÇDX-dən zəng gəldi və deyildi ki, biz səhv etmişik.

Nəticədə aydın olur ki, xidmətdən agentliyə məlumat vermədən çağırışa cəlb olunmağımla bağlı bildiriş göndərilib”.

Məsələ ilə bağlı SHXÇDX-dən bildirildi ki, fərdi məlumatların konfidensiallığına görə qanunla hər hansı vətəndaşın məlumatlarının ictimaiyyətə açıqlanması qadağandır:

“Vətəndaş şikayətinin nəticəsini ancaq özü istəsə, ictimailəşdirə bilər. Şikayətçi xidmətin çağrı mərkəzinə müraciət etsin. Şikayətinə baxılıb, qanun çərçivəsində müvafiq cavab göndəriləcək”.

Tarix
2026.02.03 / 20:51
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla