Yuxarı

Şərifovun milyonlarla borcu olan şirkəti "Ağsuçay" yatağını alıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şərifovun milyonlarla borcu olan şirkəti "Ağsuçay" yatağını alıb

Ağsu rayonunda yerləşən "Ağsuçay" qum-çınqıl yatağı ilə bağlı keçirilən hərracın qalibi məlum olub.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hərracda "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" Açıq Səhmdar Cəmiyyəti (ASC) 70 000 manat qiymət təklifi ilə qalib seçilib.

Beləliklə, yataq yekun qiymət olaraq 70 000 manata sözügedən şirkətə satılıb.

"Ağsuçay" qum-çınqıl yatağının həcmi 90 000 kubmetr, sahəsi isə 6 hektardır. Yatağın istismar müddəti bir ildir.

"Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Hərçənd Abid Şərifov mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirmişdi.

Şirkətin keçmiş məmura məxsusluğu barədə iddialara isə onun xanımının ASC-nin əsas səhmdarlarından biri olması rəvac verib.

Yeri gəlmişkən, "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC-nin dövlət büdcəsinə 6 718 407.21 manat borcu var.

Tarix
2026.02.04 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla