Yuxarı

Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı

Bakıda atasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə qız barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsində qərar qəbul edilib.

Nizami Rayon Prokurorluğu tərəfindən yeniyetməyə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan qızı tərəfindən xəsarət yetirilməsi nəticəsində növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Onu da qeyd edək ki, qızın atasını anasını döydüyü üçün bıçaqlandığı iddia olunur.

Tarix
2026.02.05 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla