Yuxarı

Bakı və Əmman arasında müntəzəm aviareyslər açıla bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Əmman arasında müntəzəm aviareyslər açıla bilər

Azərbaycan və İordaniya Bakı ilə Əmman arasında mövsümi çarter reyslərindən ilboyu müntəzəm hava əlaqəsinə keçid imkanını müzakirə edirlər.

Axar.az xəbər verir ki, bu barədə Report-a müsahibəsində İordaniyanın Azərbaycandakı səfiri Ömər əl-Nahar bildirib.

"Bakı ilə Əmman arasında mövsümi çarter daşımalarından ilboyu müntəzəm hava əlaqəsinə keçid kommersiya baxımından səmərəliliyinin qiymətləndirilməsi və təhlili mərhələsindədir. Qeyd etdiyim kimi, bu məsələ 2025-ci il noyabrın 26-27-də Hökumətlərarası Komissiyanın iclası zamanı nazirlər səviyyəsində müzakirə mövzusu olub", - o deyib.

Onun sözlərinə görə, turizmin təşviqi üzrə birgə marketinq daxil olmaqla, bir sıra təşəbbüslərin işə salınması üçün institusional baza və icra mexanizmləri artıq yaradılıb.

Tarix
2026.02.07 / 01:29
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla