Yuxarı

Astarada torpaq sürüşməsi: çayın məcrası dəyişdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astarada torpaq sürüşməsi: çayın məcrası dəyişdirilir

Astara rayonunun Vaqo kəndində torpaq sürüşməsi baş verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Pensərçayın kənddən keçən hissəsində beton bəndlər dağılaraq torpaq qatı ilə birlikdə çaya tökülüb.

Nəticədə kənddaxili yolun bir hissəsi iki hissəyə bölünüb. Sakinlər bildirirlər ki, çayın suyu çox olsaydı, daha ciddi fəlakət yarana bilərdi.

Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin qısa müddətdə həlli üçün çayın məcrası texnika vasitəsilə dəyişdirilir.

Astara Su Melorasiya Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusifov bildirib ki, torpaq eroziyaya uğrayıb və nəticədə 1972-ci ildə tikilmiş 17 bust bənd çaya aşıb, digər 5 bəndə isə ciddi ziyan dəyib. İdarənin ekskavatoru ilə çay məcrasının istiqaməti dəyişdirilir, bəndlərin ətrafı təmizlənir.

Hazırda təhlükəsizlik məqsədilə ərazi lentlənib və nəqliyyat vasitələrinin keçidi ciddi nəzarət altındadır.

Tarix
2026.02.07 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla