Yuxarı

DİN: “El nə deyər?”, “Qonum-qonşu bilməsin” kimi ifadələr...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN: “El nə deyər?”, “Qonum-qonşu bilməsin” kimi ifadələr...

Daxili İşlər Nazirliyi qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib.

Axar.az müraciətin mətnini təqdim edir:

"Məişət zorakılığına qarşı mübarizə təkcə hadisə baş verdikdən sonra müdaxilə etmək deyil, həm də profilaktik tədbirlərlə riskləri əvvəlcədən azaltmaqdır.

Bu istiqamətdə həyata keçirilən tədbirlər həm hüquqi, həm sosial, həm də maarifləndirici xarakter daşıyır. Zorakılığa məruz qalan hər bir qadın “Ailə içində olur belə şeylər”, “El nə deyər?”, “Qonum-qonşu bilməsin”, “Bir az döz, düzələr” kimi ifadələrlə mütləq rastlaşır. İlk baxışdan bu, şəxsi problem kimi görünsə də, əslində gender əsaslı zorakılıq sağlam təməlli gələcək üçün ciddi təhlükədir.

Qeyd olunmalıdır ki, “ailə məsələsi” pərdəsi arxasında gizlənən zorakılıq bir qadının alın yazısı yox, cəmiyyətin təhlükəsizliyinə yönələn hüquq pozuntusudur. Heç bir qadın döyülməyə, təhqir olunmağa, alçaldılmağa və qorxu içində yaşamağa məhkum deyil. Susmaq problemi həll etmir, onun davam etməsinə və daha da dərinləşməsinə şərait yaradır.

Digər qurumlarla yanaşı DİN-in “102” Xidməti-Zəng Mərkəzi, “E-polis” mobil tətbiqində “102 SOS” funksiyası və sosial şəbəkə hesabları bu qəbildən olan cinayətlərin vaxtında qarşısının alınmasına, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlərin görülməsinə xidmət edir.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, zorakılıq təkcə bir qadının problemi yox, onun qonşusunun, tanışının, şahid olan hər bir vətəndaşın məsuliyyətidir. Sağlam ailə dəyərlərini qorumaq və zorakılığa qarşı qəti mövqe nümayiş etdirmək üçün belə hallarla üzləşən, eləcə də şahidi olan hər kəsə aidiyyəti dövlət qurumlarına məlumat vermələri tövsiyə olunur.

Şiddət bir evin divarları arasında qalan şəxsi problem deyil, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş açıq təhdiddir".

Tarix
2026.02.11 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi

Azərbaycan Fələstin məsələsinin bu cür həllini dəstəkləyir

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul etdi

Pezeşkian Azərbaycana təşəkkür etdi

Vensin Şəhidlər xiyabanını ziyarət etməsi bunun ifadəsidir

İlham Əliyev Məsud Pezeşkianı təbrik etdi

Vensin Bakıya səfəri, Prezidentlə görüşü... - Video

Vens Ermənistanla bağlı bu statusunu sildi

Şevçenko: Türkiyə nüvə ölkəsinə çevrilir

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla