Yuxarı

Elnarə Rzayeva barəsində yeni hökm çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elnarə Rzayeva barəsində yeni hökm çıxarıldı

Bakıda fəaliyyət göstərən “Dr.Elnara” MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində yeni hökm çıxarılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Tural Musayevin sədrliyi ilə xüsusi ittihamçı Rüfət Nigar Rüfət qızının şikayəti əsasında Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib.

O, aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul vəsaiti tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Kosmetoloq Elnarə Ramiz qızı Rzayeva bundan əvvəldə mühakimə olunub. Onun barəsində amnistiya aktının tətbiqi ləğv edilib, onun barəsində 10 ay müddətinə islah işləri cəzası qüvvədə saxlanılıb. Yeni hökmə əsasən, Elnarə Rzayevanın barəsində olan əvvəlki hökmlə hazırkı cəza birləşdirilib, ona qəti olaraq 1 il müddətinə islah işləri cəzası təyin olunub.

Xatırladaq ki, ötən il Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı təhqir və böhtan xarakterli məlumatlar yaydığına görə məhkəməyə veriblər.

Tarix
2026.05.26 / 11:23
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla