Yuxarı

Çingiz Abdullayev Mehdiyevdən yazdı, “quş” buraxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çingiz Abdullayev Mehdiyevdən yazdı, “quş” buraxdı

Xalq yazıçısı Çingiz Abdullayev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı qəribə, gülməli, mənası anlaşılmayan bir açıqlama yayıb. Daha doğrusu, sözlərinin Ramiz Mehdiyevə şamil olunmasına qarşı çıxıb.

Yəni: İki gün öncə Ç.Abdullayev dil və ədəbiyyat təbliğinə oğurlanan pullardan bir faiz ayrılmasını istəmişdi. Həmin gün DTX Ramiz Mehdiyevin evindən 17 milyon manat çıxdığı görüntüsünü yaydığı üçün xalq yazıçısının da bu sözləri “ünvanlı” dediyi təxmin edildi.

Ancaq Çingiz Abdullayev bundan qəzəblənib, Ramiz Mehdiyevi nəzərdə tutmadığını qətiyyətlə bildirib. Ən maraqlı məqam da budur - xalq yazıçısı yazır:

“Bu yalandır. Mən heç vaxt dəstə halında hücum etmirəm. Mən mədəniyyət üçün faiz haqqında yazdım. Oğurlanan bütün pullardan. Mən heç vaxt işindən qovulanlara hücum etmirəm”.

Çingiz Abdullayev deyəsən Marsda yaşayır, ya da xalqın yazıçısı bu ölkədə nə baş verdiyini başa düşmür. Necə yəni “işdən qovulanlar”?

Ramiz Mehdiyev işdən qovulmayıb, dövlət çevrilişinə cəhd edib, hakimiyyəti ələ keçirməyə çalışıb, vətəni satıb, Rusiya kəşfiyyatından ölkəyə müdaxilə xahiş edib və s.

R.Mehdiyevə qarşı dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsi maddələri ilə ittiham irəli sürülüb!

Görünür, Ç.Abdullayevi özündən çıxaran Ramiz Mehdiyevi nəzərdə tutduğunun zənni-güman edilməsi deyil, istədiyi vəsaitin bunca az olmasının düşünülməsidir. Yəni: Ramiz Mehdiyevin evindən 17 milyon çıxıb, sanki Çingiz Abdullayev bu vəsaitin 1 faizini, yəni 170 min manat istəyir.

Əlbəttə ki, buna görə Çingiz Abdullayev əsəbiləşər və bunda haqlıdır. 170 min manat nədir ki?!

Ona görə yeni statusunda “Oğurlanan bütün pulların 1 faizini” nəzərdə tutduğunu yazır. Bu artıq “ciddi” rəqəm olmalıdır, əsl Çingiz Abdullayevə layiq!

Amma xalqın yazıçısı yazmır ki, “oğurlanan bütün pullar” deyəndə konkret nəyi nəzərdə tutur, nə qədər vəsaitdən bəhs edir və ona nə qədər pul lazımdır.

Beləcə, əsəbiləşir, vəsaiti “düzəltmək” istəyir, normal pul istəyən yerdə... böyük bir “quş” buraxır.

Tarix
2026.02.15 / 22:27
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla