Yuxarı

EY İlin İş Adamı Müsabiqəsinin qalibi seçildi!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
EY İlin İş Adamı Müsabiqəsinin qalibi seçildi!

ABB-nin baş sponsorluğu, bp-nin maliyyə tərəfdaşlığı ilə EY Azərbaycan şirkətinin təşkil etdiyi EY İlin İş Adamı Müsabiqəsinin qalibi seçilib.

Müsabiqənin builki qalibləri “Berry Blues by We Grow” şirkətinin təsisçiləri İlyas Əhmədov və Mehri Əhmədova olublar. Onlar 19 finalçı arasından seçiliblər. Qaliblər Azərbaycanı Monakoda - müsabiqənin beynəlxalq mərhələsində təmsil edəcəklər.

Münsiflər heyətinin üzvləri xüsusi nominasiyalar üzrə qalibləri də müəyyən ediblər: “Enerji keçidi həlləri” nominasiyası üzrə Orxan Məmmədov (Green Life Enginnering); “Ən yaxşı müştəri həlli nominasiyası” üzrə Rüfət Babakişiyev (Crocusoft); “Ətraf mühitə töhfə” nominasiyası üzrə Samir Kərimov (APAR); “İnnovasiya” nominasiyası üzrə Ülvi Aslanov (Code Academy); “Kənd təsərrüfatında inkişaf” nominasiyası üzrə Müşfiq Hüseynov (AZSAFFRON); “Qadın sahibkarlığı” nominasiyası üzrə Günay Mustafayeva (MedLife Hospital); “Regional inkişaf” nominasiyası üzrə Bəxtiyar Hüseynov (Eel Electric).

EY İlin İş Adamı Müsabiqəsi ölkəmizdə 7 ildir keçirilir və ABB 7-ci ildir ki, ardıcıl olaraq bu müsabiqəyə dəstək verir. EY İlin İş Adamı Müsabiqəsi yenilikçi düşüncə tərzi, uğur qazanmaq iradəsi və cəmiyyətə müsbət təsir göstərmək məqsədi ilə fəaliyyət göstərən sahibkarları bir araya gətirən nüfuzlu, unikal proqramdır. Ötən 7 ildə bu müsabiqə Azərbaycanda 90-dan çox sahibkarı birləşdirən geniş icmaya çevrilib.

Proqramın tərəfdaşları sırasında APFM, “Finansist” jurnalı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO da var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.02.17 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla