Yuxarı

İctimai Şuranın cari ildə ilk iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İctimai Şuranın cari ildə ilk iclası keçirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın 2026-cı ildə ilk geniş tərkibli iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda İctimai Şuranın sədri Anar Xəlilov ötən il seçilmiş tərkibdə görülən işlərin nəticələri, Böyük Qayıdışın səmərəli təşkilində Şuranın iştirakı və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesi 2026-cı ildə özünün ən dinamik mərhələsinə qədəm qoyub.

Bildirilib ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində artıq on minlərlə soydaşımız öz ata-baba yurdlarında daimi məskunlaşdırılması təmin edilib.

Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş şəhər və kəndlərə səfərləri, tikinti-quruculuq işlərini şəxsi nəzarətdə saxlamaları qayıdış prosesinin sürətini və keyfiyyətini təmin edən əsas amil kimi dəyərləndirilib. Bu diqqətin qayıtmağa hazırlaşan və artıq məskunlaşan vətəndaşlarda dərin minnətdarlıq və böyük ruh yüksəkliyi yaratdığı xüsusi qeyd edilib.

Böyük Qayıdışın səmərəliliyinin təmin edilməsində ictimai iştirakçılığın artırılması məsələsi iclasda əsas mövzulardan biri olub. Müzakirələr zamanı 2026-cı il üçün aşağıdakı prioritet istiqamətlər müəyyən edilib:

- Şura üzvlərinin həm müvəqqəti məskunlaşma yerlərində, həm də artıq bərpa edilmiş ərazilərdə sakinlərlə mütəmadi görüşlərinin keçirilməsi;

- Prosesin şəffaflığını təmin etmək məqsədilə müasir informasiya-kommunikasiya vasitələrindən və innovativ platformalardan geniş istifadə edilməsi;

- Qayıdan əhalinin iqtisadi fəallığının artırılması və sosial adaptasiyası üçün təkliflərin hazırlanması.

İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev səmərəli və obyektiv fəaliyyətlərinə görə Şura üzvlərinə təşəkkür edib.

Komitə sədri bildirib ki, ictimaiyyət nümayəndələrinin rəy və təklifləri dövlət qurumları tərəfindən yüksək qiymətləndirilir və qərarların qəbulu zamanı nəzərə alınır. Vurğulanıb ki, 2026-cı il ərzində daha çox keçmiş məcburi köçkün ailəsinin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi planlaşdırılır və bu müqəddəs missiyada dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı həlledici əhəmiyyət kəsb edir.

Komitə sədri Şura üzvlərinin rəy və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.

Tarix
2026.02.17 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

Ruben Vardanyana hökm oxundu

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi

Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız gələ biləcək

Qaradağlı faciəsindən 34 il ötür

Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

Bakı ilə Tiflis arasında məsləhətləşmələr aparıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla