Yuxarı

Həbsdə olan klub prezidentinin daha bir dələduzluğu üzə çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsdə olan klub prezidentinin daha bir dələduzluğu üzə çıxdı

Ötən il həbs edilən "Füzuli" futbol klubunun prezidenti Rauf Quliyev yenidən məhkəməyə verilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, buna səbəb sabiq klub prezidentinin adının daha bir dələduzluq əməlində hallanması ilə bağlıdır.

İddiaçı izahatında bildirib ki, 2024-cü ilin mart ayında Tiktok sosial şəbəkəsində ev axtararkən özünü Elnur kimi təqdim edən şəxsin mənzil fotoşəkilləri paylaşdığını görüb. Elnur hazırda həmin ərazidəki torpağın Elçin adlı şəxsə məxsus olduğunu bildirib. İddiaçı evi almaq məqsədilə Elnurun dediyi yerdə görüşərək Ceyhun Fəttahov və Rauf Quliyevin ofisinə yaxınlaşıblar.

Söhbət zamanı Rauf Quliyev iddiaçıya "Füzuli" futbol klubunun prezidenti olduğunu, zəngin və tanınmış şəxs olduğunu, telekanallarda daima çıxış edən şəxs olduğunu deyərək onun etimadını qazanıb.

Saatlı Rayon Məhkəməsinin son qərarı ilə sözügedən dələduzluq halı ilə bağlı Rauf Quliyevdən 17 500, Ceyhun Fəttahovdan isə 2 500 manat vəsaitin alınaraq iddiaçıya verilməsinə qərar verilib.

Qeyd edək ki, Rauf Quliyev ötən ilin iyununda məhkəmənin hökmü ilə Rauf Quliyev 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rauf Quliyev işgüzar nüfuzunun, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Həmçinin Rauf Quliyev bir neçə vətəndaşı da ev tikmək vədi ilə aldadaraq dələduzluqda ittiham edilib.

Tarix
2026.02.18 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Hüseynovlar rus kəşfiyyatının alətinə çevriliblər

Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?

Vensin İrəvanda təhqiramiz addımı və səhvi... - Sasunyan

“Nyukasl” azarkeşləri heyrətləndi: Bakıda gülünc dərəcədə...

Belqraddakı görüş göstərdi ki, Serbiya ilə münasibətlər...

İlham Əliyev qambiyalı həmkarını təbrik etdi

Qurbanovun ardınca o gedəcək: yerinə nazir müavini gətirilir

Paşinyan ABŞ-a getdi

Vüqar Qurbanovun həbsinə hazırlıq gedir

Prezident Münhendə təsdiqlədi: Bu məsələdə güzəşt yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla