Yuxarı

Sosial şəbəkələrdə narkotik satanlar saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosial şəbəkələrdə narkotik satanlar saxlanıldı - Video

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 29 yaşlı Elçin Bağırov və 37 yaşlı Əliağa Vahabov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 6 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb.

E.Bağırov və Ə.Vahabovun sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirdikləri məlum olub.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən biri - əvvəllər məhkum olunmuş Tural Məmmədovun paytaxt ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2026.02.19 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevdən Arutyunyan və Vardanyanla bağlı açıqlama...

Bakıda dəhşətli qətl: 35 il sonra istintaq başladı

Bakı yeni dəhliz yaradır, Tiflisə təsir edəcək?

İtaliya Azərbaycana görə AB-yə qarşı çıxdı

Bu, tammiqyaslı savaş olacaq: ABŞ İrana doğru nələr göndərir?

Azərbaycanla Ukrayna arasında mühüm müzakirə

Bu nazirlikdə yeni agentlik yaradıldı

İlham Əliyev ABŞ-da: Brandtla görüşdü...

ABŞ Bakıya bu hərbi texnikanı göndərir - Nə baş verir?

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı bu sözləri yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla