Yuxarı

“The Tech Builders” layihəsinə start verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“The Tech Builders” layihəsinə start verildi

İnnovasiya lideri Bakcell və Peerstack Academy gənclərin innovasiya və rəqəmsal bacarıqlar sahəsində inkişafını dəstəkləyən “The Tech Builders” layihəsinə start verib.

Layihə çərçivəsində Peerstack Academy-də tələbələrlə görüş keçirilib. Tədbirdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək tərəfdaşlığın məqsədləri və gənclər üçün yaratdığı imkanlardan bəhs edib.

“Bakcell olaraq innovasiya və rəqəmsal bacarıqlar sahəsində gənc istedadların inkişafını strateji prioritetlərimizdən biri hesab edirik. Peerstack Academy ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyimiz “The Tech Builders” layihəsi gənclərə real sənaye bilikləri və praktiki bacarıqlar qazandıraraq onların İT sahəsində karyera qurmasına dəstək olur. Bu təşəbbüs vasitəsilə ölkədə rəqəmsal bacarıqların və peşəkar potensialın güclənməsinə töhfə verməyi hədəfləyirik”, – deyə Aysel Süleymanova bildirib.

Tələbələrlə görüşdə Bakcell əməkdaşları şirkətdə tətbiq olunan innovativ məhsullar, rəqəmsal transformasiya istiqamətləri, süni intellekt həllərinin tətbiqi və qlobal trendlər haqqında təqdimatlarla çıxış ediblər. Azərbaycan Texniki Universiteti və Peerstack Academy tələbələrinin iştirak etdiyi tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, inkişaf imkanları müzakirə olunub.

Bakcell-in tərəfdaşlığı ilə həyata keçirilən layihə nəticəsində Peerstack Academy-də təhsil alan tələbələrin sayı artır. Hazırda akademiyada 100-dən çox aktiv tələbə təhsil alır və ilk il üçün 250 tələbənin təqaüd proqramına cəlb olunması planlaşdırılır. Təlim müddətində iştirakçılar “Ruby”, “JavaScript”, “React”, “PostgreSQL” və “REST API” kimi müasir texnologiyalar üzrə praktiki bacarıqlar qazanır, real layihələr üzərində işləyərək portfoliolarını formalaşdırırlar.

Peerstack Academy-nin tələbəsi olmaq istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Tarix
2026.02.19 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla