Yuxarı

Dövlət Agentliyinin sabiq sədri həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Agentliyinin sabiq sədri həbs edildi

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Axar.az APA-ya istinadla xəbər verir ki, onunla bağlı Baş Prokurorluqda cinayət işi açılıb, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

Qeyd edək ki, Bəhruz Əsgərov 27 noyabr 2023-cü ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub.

Dövlət büdcəsinə dəyən ziyanın 5 milyon manatdan çox olduğu bildirilir.

Tarix
2026.02.19 / 15:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla